Əs sələmu aleykum va rahmatullahi va barakatuhu.
Doğuşa hazırlaşmağın vacibliyi haqqında çox deyilib. Yenə də xatırladaq ki,bu yalnız uğurlu doğuş üçün yox,həm də ağırlaşma hallarını istisna etmək üçün vacibdir. Həmçinin öz sağlamlığınız və doğuşdam sonrakı dövrdə körpənizin sağlamlığı ilə bağlı problemlərdən uzaqlaşmaq üçün hazırlaşmaq vacibdir. Cünki çox zaman ananın hazırlıqsızlığı ucbatından doğuşda olmasa da, ondan sonra problemlər üzə çıxır. Biz qətiyyən hamiləliyin ortasında və ya artıq sonunda təbii doğuşa qərar verənləri qorxutmuruq. Xeyr. İnşəAllah, hazırlaşmaq heç zaman gec deyil. Bizdə, öz hazırlığını daha gec başlayan bacılarımızın hazırlıq nümunələri var. Hələ nə qədər bacılar var ki, ümumiyyətlə hazırlıqsız doğub! Lakin qətiyyən düşünməməlisiniz ki, əgər onlar doğublarsa siz də belə doğa bilərsiniz və sizə hazırlaşmaq lazım deyil. Hazırlaşmamış doğan qadının doğuşu ilə ciddi hazırlaşan qadının doğuşunu müqayisə edib böyük fərq gördük. Allahın rəhməti ilə hazırlıqlı olanlar hazırlığı olmayanlara nisbətən daha asan və problemsiz doğur. Təbərakəllah.

“ Biz yediklərimizdən ibarətik”-bu qaydanı yadda saxlayın! Beləliklə, gələcək ananın ilk hazırlığı qida rasionunun nəzərdən keçirilməsidir! Əl-Mikdam ibn Mə`dikərib,Allah ondan razı olsun, deyib ki, Allah Rəsulu,sallalahu aleyhi və səlləm, dedi: “ İnsanın doldurduğu ən pis qablardan biri mədədir”. Bu hədisi ət-Tirmizi rəvayət edib və onu həsən adlandırıb.
Birincisi, hamiləlik zamanı vəziyyətiniz qidalanmadan asılıdır. Belə ki, problemlərin çoxu düzgün olmayan qidalanmadan yaranır, in şə Allah.
İkincisi, körpənin vəziyyətinə qayğı. Necə düşünürsünüz, əgər ana “orqanizm tələb edirsə, deməli,ona lazımdır” prinsipini əsas götürərək hər şeyi yeyirsə körpə vitaminləri hardan götürsün!? Əgər orqanizm çirklənibsə onda öz çirklənməsinə uyğun olan qidaları tələb edir. Orqanizm təmizdirsə siz də təbii və sağlam qida istəyəcəksiniz. Bundan əlavə, vitaminlərin həzm olunmaması kimi vacib bir məqam da var. Zibillənmiş, tıxanmış bağırsaqda( əyani bir video http://www.youtube.com/watch?v=Zfk82HrmZO4 ) vitaminlər mənim sənilmir. Ona görə də əgər vitaminləri qəbul edib effektini görmürsünüzsə təəccüblənməyə dəyməz.
Üçüncüsü, ciftin vəziyyətinə diqqət. Cift- körpənin keşiyində duran və onu var gücü ilə bədəninizə daxil olan toksinlərdən və çirklərdən müdafiə edən güclü filtrdir. Əgər gələcək ana özünə baxmırsa və nə gəldi yeyirsə cift əticədə öz vəzifəsinin öhdəsindən gələ bilmir. Bu, ona gətirib çıxarır ki, körpə artıq lazımi vitaminlərin çatışmamazlığından əziyyət çəkir. Əgər vəziyyət lap pisdirsə, o artıq həmin toksin və çirkləri qəbul edəcək. Cift isə tıxanıb və əldən düşüb, son həddində işləyir. Bu da doğuşun 3-cü dövründə (ciftin doğulması) problemlər doğura bilər. Qeyd etmək lazımdır ki, hətta bacıların sağlamlıqlarına qarşı məsuliyyətsizliyi və nəticə olaraq ciftin pis vəziyyətinə baxmayaraq doğuş və doğuşdan sonrakı dövr uğurla başa çatır. Lakin bu Allahın rəhmətidir, onlardan nümunə götürmək üçün və səbəblərdən imtina üçün bəhanə deyil. Sizi qidalanma məsələsinə çox məsuliyyətlə yanaşmağa çağırırıq!
Ananın qidalanması necə olmalıdır?

Hamilə qadının qida rasionu belə olmalıdır ( müəyyən məhsulları tapma imkanınızı nəzərə alaraq) ;

1. Bədənin təmizlənməsindən başlayırsınız ( xüsusən bağırsaqların).

Hamiləlik zamanı təmizləmə kətan toxumlarının dəmləməsi ilə həyata keçirilir: Kətan toxumlarının üzərinə 1 litr qaynar su töküb 10 dəqiqə ərzində vam odda qaynatmaq. 40 ͦ Ϲ temperaturuna qədər soyutmaq. Ilıq halda gündüz 150ml olmaqla 12-dən gecə 12-ə kimi 6 dəfə qəbul etmək. Kətan toxumları ilə təmizlənmə kursu 1-2 həftədir. Kursu təkrar etmək olar. Kətan toxumlarının dəmləməsini qəbul edərkən təbii (daha yaxşı veqetarian) pəhrizi gözləmək daha yaxşı olardı.

Kətan toxumu 3 növ doymamış yağ turşularından ibarətdir: omeqa-3, omeqa- 6, və omeqa-9. Bunların orqanizmdə düzgün balansı insan bədənindəki bütün proseslərin normal funksiya göstərməsi üçün lazımdır. Kətan toxumları tərkibindəki omeqa-3 görə bütün bitki yağlarından üstündür. Onlar bitki toxumalarının ən yaxşı mənbəyidir, eləcə də A, E, B vitaminləri ,antioksidantlardan ibarətdirlər, antioksidant, antivirus xüsusiyyətlərinə malikdirlər.

Bundan başqa, ayda bir dəfə 3 ac qalma günləri keçirməyi məsləhət görürük. Daha yaxşısı, hicri təqvimlə ayın 13,14,15 oruc tutub,su şirə(tərəvəz) və ya sadəcə çiy tərəvəzlərlə iftar etməkdir. Bunu kətan toxumlarının qəbulu ilə uyğunlaşdıra bilərsiniz. Bundan sonra 1,55 (əl-kaxel), 20,21 (naqis),axdeyn nöqtələrə və başda olan nöqtələrə hicama etmək yaxşı olardı.

Gün ərzində 2-2.5 litr təmiz su içirsiniz ( şirələr, bulyonlar, çaylar bura aid deyil). Bu təmiz su olmalıdır, filtrdən keçirilmiş və qaynadılmamış olmalıdır. Bununla bərabər, 2-3 stəkan tərəvəz şirəsi içirsiniz( kök,kök-çuğundur) və fəsilə görə 1-1.5 kq çiy tərəvəz yeyirsiniz. Əgər böyük bayıra çıxa bilməmək problemi varsa siz sorbent içməlisiniz ( 1 stəkan soyuq suya 1 çay qaşığı kaolin-ağ gil). Bu çox vacibdir,belə ki,əks halda bu sizin orqanizminizin zəhərlənməsi deməkdir.

1. Təmizləmə prosedurasından sonra rasionunuzu dəyişin:

Bunlar olmaz: qara zirə yağı,qara zirə toxumları ( bu məsələdə fikir ayrılığı var, hər halda erkən dövrlərdə,16 –cı həftəyə qədər məsləhət görülmür), hilba,inək südü, ağ un, rafinə olunmuş yağ, ağ şəkər ( steviya və aqava siropu ilə əvəz edin), paket çaylar, mağaza şirələri, maya, ağ çörək, alınma mayonez, ketçup, qlutamat-natri olan ədviyyatlar, E-qatqılar olan hər şeyi (rəngləyicilər,turşular), çipslər, qazlı içkilər, şirniyyatlar ( peçenye, tortlar və s.), qanı qatılaşdıran hər şey və səna. Bu tam siyahı olmasa da, bunu əsas kimi götürün. Unlu,şirniyyat və bir çox süd məhsullarını rasiondan çıxarmalısınız.

Bunları olmaz: göyərti ( çoxlu miqdarda, yaxşı olar ki,hər gün yaşıl smuzi hazırlayasınız), xurma ( fol turşusu və bir çox vitaminlər), təbii bal, yağlı balıq, küncüt ( Ca mənbəyi, küncüt südü düzəldin və yatmazdan qanaq için), soyuq sıxılmış,rafinə olunmamış bitki yağları ( zeytun-toxumaların elastikliyi üçün acqarına 3-4 xörək qaşığı,eləcə də gün ərzində salatlara əlavə olaraq, kətan yağı, küncüt yağı, boranı toxumlarının yağı və s), darı, düyü ( cilalanmamış ağ, daha yaxşısı uzun tünd ), qarabaşaq, kartof ( gec-gec istifadə etmək,daha yaxşı olar ki,pörtəsiniz), toyuq, qoyun, turş kələm və onun şirəsi, kətan toxumları, çuğundur ( qarın işlətmə effekti verir və qanı durulaşdırır), sarımsaq, qara gavalı( işlətmə effekti), paxlalılar, xaş-xaş südü (kalsi mənbəyi), quru meyvələr (əsl quru meyvə parlaq və cəlbedici deyil,əgər cəlbedici və gözəl rəngi olan görürsünüzsə, çox güman ki, o kükürd tüstüsü ilə işlənmişdir), fəsilə görə meyvə,tərəvəz,giləmeyvə (xüsusən onun kompotu,şəkərsiz,steviya ilə), suplar, zəncəfil, ləpələr (araxisdən başqa hamısı və gündə bir ovuc),dəniz duzu, boranı tumu, günəbaxan tumu (qızardılmamış) və s.
Hər gün bir stəkan çuğundur-kök şirəsi (çuğundur(stəkanın dörddə biri)şirəsini qabaqcadan soyuducuda 2 saat saxlamaq), kök şirəsi və digər tərəvəz şirələri içməyə çalışın.
Smuzi hazırlayın. Bu o qədər qidalı kokteyldir ki, səhər yeməyini əvəz edə bilər. Onlar çox miqdarda meyvəli, tərəvəzli ola bilər. Əlinizin altında blender varsa onu hazırlamaq çətin deyil. Bu da çoxsaylı reseptlərdən biri:

Kividən smuzi
(2 porsiya)
— 2 kivi
— 1 banan
— böyuk armudun yarısı
-1 orta dəstə cəfəri
-1 xörək qaşığı limon şirəsi
-1.5 stəkan su

Kivi və bananın qabığını təmizləyin, doğrayın və blenderə qoyun. Bütün inqridiyentlər həll olandan sonra smuzi hazırdır.

Siz hər gün 2-2.5 litr təmiz su içməlisiniz. Günə 8 stəkan bölüşdürün.

Çayları yaşıl kokteyllərlə, zəncəfil çayı ilə (günə 2 stəkandan çox yox), karkade, özünüz düzəltdiyiniz meyvə və tərəvəz şirələri ilə əvəz edin. Hamiləliyin sonuncu aylarında rasionunuza kəklikotu, çobanyastığı reyhan (günə 1-2 stəkan) daxil edə bilərsiniz.

“Zərərli bir şey yeməkdənsə ac qalmaq daha yaxşıdır” prinsipi ilə qidalanın.
Gün ərzində bir ovuc qoz-fındıq, bir neçə xurma, bir dəstə göyərti yesəniz və 1-2 stəkan şirə və kifayət qədər su içsəniz inanın, bu mədəni ketçuplu makaronla, çörəklə doldurub bunların üstündən peçenye və şokoladla çay içməkdən daha yaxşıdır.

Hamiləliyin birinci trimestrində əsasən bədənin təmizlənməsinə meyl olunmalıdır(yuxarıda bax) və böyük miqdarda fol turşusu 9 (çoxlu göyərti və xurma.

Üçüncü trimestrdə az miqdarda müxtəlif otlar içmək olar( reyhan, çobanyastığı,kəklikotu).

Moruq yarpaqlarının dəmləməsini 30-cu həftədən içmək olar( uşaqlıq boynunun yumşaldılması üçün(əgər vaxtından qabaq doğuş əlamətləri yoxdursa)). 1 stəkan qaynar suya təqribən 2 çay qaşığı xırdalanmış yarpaqlar dəmləmək lazımdır. 30-35 həftədə sərin halda 1 fincan, 35-37-ci həftədə ilıq şəkildə 2 fincan, 38-ci həftədən isti şəkildə 3 fincan və 40-43-cü həftədə isti şəkildə gündə 4 və ondan artıq fincan. Doğuş zamanı isti şəkildə hilba, kəf məryəm, darçınlı çay və moruq yarpaqlarını bir-biri ilə əvəzləyərək içmək. Bunları xurma, əncir və balla içmək olar. Hər şeydən çoxlu miqdarda(bunları içmək xoş olana kimi) ,lakin istəmirsinizsə onda içmirsiniz. Və əsas da odur ki, doğuşda su içməyi unutmayın(zəm-zəm olsa daha yaxşı olar).

Ət yeməklərini məhdudlaşdırmaq,xüsusən mal ətini.

Darçınlı çay içmək.

Bütövlükdə hamiləliyin hər 3 trimestrində pəhriz gözləməyi tövsiyə edirik. Bütün vitaminləri qida məhsullarından götürün. Bizim ciddi gözlədiyimiz prinsip istənilən sintetik vitaminlərdən imtina etməyə əsaslanır.

 

Перевод Умм Сафия Азери